EN

Ağdam-Xankəndi dəmir yolunda görülən işlər açıqlanıb

Bakı.Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və AvtovağzalKompleksinin təməlini qoyub.

Trend xəbər verir ki, Bərdə-Ağdam dəmir yoluxəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir.

Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirməişləri tamamlanıb. Bu dəmir yolu xətti boyunca 3 stansiyanın -Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu vəAvtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin,yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlıkeçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdətutulur. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatəedəcək.

Chosen
72
50
az.trend.az

10Sources