EN

"Qəbələ" qanalı futbolçu ilə müqavilə bağladı

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”a qoşulub.

Ovusu ötən mövsümdə klubun U-19 komandasının formasını geyinib. Qanalı legionerlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Prins Ovusu ötən mövsüm U-19 Liqasının gümüş mükafatçısı olub. O, keçirdiyi 14 oyunda 11 qol və 5 assistə imza atıb.

Chosen
8
19
teleqraf.com

10Sources