EN

Aktyor Maykl Madsen dünyasını dəyişdi

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikalı aktyor Maykl Madsen 67 yaşında vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Nəşrin məlumatına görə, Madsen iyulun 3-də Malibudakı evində cansız vəziyyətdə tapılıb. Hadisə yerinə gələn həkimlər aktyorun öldüyünü müəyyən ediblər.

Aktyorun menecerinin sözlərinə görə, Madsen ürək tutmasından dünyasını dəyişib. Polis ölümün təbii səbəblərdən baş verdiyini ehtimal edir.

Maykl Madsen 170-dən çox filmdə rol alıb. O, daha çox Qventin Tarantinonun “Reservoir Dogs”, “Kill Bill 2” və “The Hateful Eight” filmlərində, həmçinin Mayk Nyuellin “Donnie Brasco” filmlərindəki rolları ilə tanınır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
18
yeniavaz.com

10Sources