EN

Flik onların komandada qalmasını istəyir

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Fermin Lopes və mərkəz müdafiəçisi Erik Qarsiyanın klubda qalmasını tələb edib.

90deqiqe.Az-ın məlumatına görə, alman çalışdırıcı hər iki futbolçunun çıxışından razıdır və yay transfer dönəmində onlar üçün gələcək təkliflərin nəzərdən keçirilməsini istəmir. Flik artıq klub rəhbərliyinə Lopes və Qarsiyanı "toxunulmaz" hesab etdiyini çatdırıb.

Hər iki oyunçu ötən mövsümdə əsas heyətdə daimi yer qazanmasa da, performansları onların komandada saxlanmasına səbəb olub. Xatırladaq ki, "Barselona" 2024/25 mövsümündə La Liqa, İspaniya Kuboku və ölkə Superkubokunu qazanaraq tarixi uğura imza atıb.

Chosen
56
90deqiqe.az

1Sources