EN

Liderlər Qarabağda – Xankəndidə hansı ölkə prezidentləri var?

  İyulun 4-də Azərbaycanın Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi edəcək.

Referans-ın məlumatına görə, yüksək səviyyəli tədbirdə təşkilata üzv ölkələrin prezidentləri, baş nazirləri və digər rəsmi nümayəndə heyətləri iştirak edəcəklər.

Məlumatına görə, hazırda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov və Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar artıq Azərbaycana gəlib.

Bundan başqa Əfqanıstanın xarici işlər nazirinin müavini Mohammad Naim Vardak və Pakistanın baş naziri Şahbaz Şərif də artıq Qarabağdadır.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndiyə sabah gələcək.

Qeyd edək ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın da Zirvə görüşündə iştirakı gözlənilir./Globalinfo.az  

WhatsApp

Chosen
20
50
referans.az

10Sources