EN

Prostat xərçənginə qarşı orqanizmin müdafiəsini gücləndirən yol tapıldı

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, immun sisteminə aid spesifik hüceyrə növü prostat vəzi xərçənginin inkişafına kömək edir. Bu hüceyrələrin bloklanması isə orqanizmin müdafiə qabiliyyətini gücləndirə bilər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Molecular Cancer Research (MCR)" jurnalında dərc olunub.

Tədqiqat immun sisteminin əsas hüceyrələrindən biri olan makrofaqlara yönəlib. Normal şəraitdə bu hüceyrələr ölmüş hüceyrələri orqanizmdən təmizləyir və infeksiyalara qarşı mübarizə aparır. Lakin prostat vəzi xərçəngi zamanı bəzi makrofaqlar şiş tərəfindən yenidən proqramlaşdırılaraq immun cavabı zəiflədir və bununla da xərçəngin inkişafına və metastazına şərait yaradır.

Şenlin Meyin rəhbərliyi ilə aparılan tədqiqatda xüsusilə sümük toxumasında – prostat xərçənginin daha təhlükəli olduğu sahədə – şişlə əlaqəli makrofaqlar öyrənilib. Dörd makrofaq tipindən biri – SPP1 və TREM2 adlı zülallarla markerlənmiş hüceyrə qrupu – diqqətəlayiq olub. Bu hüceyrələrin şişin daxilində toplanaraq yeni damarların yaranmasına, immun cavabın zəifləməsinə və xəstəliyin yayılmasına səbəb olduğu müəyyən edilib.

Tədqiqatçılar hüceyrələrin şiş içərisindəki yerləşməsini müəyyən etməyə imkan verən məkan analizi vasitəsilə müşahidə ediblər ki, immun reaksiyalı "döyüşçü" makrofaqlar adətən şişin sərhədlərində qalır, halbuki SPP1 və TREM2 ilə markerlənmiş hüceyrələr xərçəng hüceyrələri ilə birbaşa təmasda olaraq şişin dərinliyinə qədər nüfuz edirlər.

Siçanlar üzərində aparılan eksperimentlər göstərib ki, SPP1 zülalının antitel vasitəsilə bloklanması immunoterapiyanın effektivliyini artırır və şişin böyüməsini ləngidir.

Şenlin Mey bu nəticələri belə dəyərləndirib: “Bu, tək bir hüceyrənin öyrənilməsi deyil. Bu, məkan və hüceyrə analizlərinin birləşməsi ilə xərçəngin yeni zəif nöqtələrinin üzə çıxarılmasıdır”.

Samir
 

Chosen
7
50
hit.az

10Sources