EN

Ermənistan və Rusiya münasibətlərini nə yerdədir?

Son vaxtlar Ermənistanın siyasi gedişatında baş verən dəyişikliklər Rusiya tərəfindən ciddi diqqətlə izlənilir. Regionda sabitliyin qorunması və münasibətlərin düzgün istiqamətə yönəlməsi üçün Moskva Ermənistandakı vəziyyəti yaxından müşahidə edir.

Milli.Az xəbər verir ki, Rusiya Dövlət Duması və Federasiya Şurasının bir sıra yüksək vəzifəli nümayəndələri Ermənistan hakimiyyətinin son qərarlarını "Ukrayna ssenarisi" ilə müqayisə ediblər. 

Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov bildirib ki, Ermənistanın atdığı addımlar Ukraynanın keçdiyi yolun oxşarıdır. O, qeyd edib ki, kilsəyə qarşı mübarizə, müxalifətin sıxışdırılması və Rusiya telekanallarının qadağan edilməsi kimi tədbirlər Ukraynanın izləmiş olduğu siyasətə bənzəyir.

Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin isə Ermənistanda ermənilər və ruslar arasında düşmənçilik yaratmaq məqsədilə uzunmüddətli planların həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bu prosesin arxasında Qərb xüsusi xidmət orqanlarının fəaliyyəti dayanır. Karasin erməni ictimaiyyətini ayıq olmağa və siyasətçiləri faciəvi nəticələrə gətirib çıxara biləcək proseslərin qarşısını almaq üçün tədbir görməyə çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin sədr müavini Dmitri Masyuk isə vurğulayıb ki, Ermənistan Moskva ilə dostluq münasibətlərini qoruyub saxlamalıdır. Bu, ölkədə qanunçuluğun və sabitliyin təmin olunması üçün önəmlidir.

Rusiya Ermənistanın siyasi vəziyyətini daxili məsələ kimi qəbul edir, lakin Kremlin əsas məqsədi regionda, xüsusilə Cənubi Qafqazda açıq geosiyasi münaqişələrin yaranmasının qarşısını almaqdır.

Asya
Milli.Az 

Chosen
13
34
milli.az

10Sources