EN

“Ölüm qaşla göz arasındadır” – Dilarənin aktyor qardaşı səhhətindən yazdı

“Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram.”

Bu sözləri aktyor Vüsal Murtuzəliyev sosial media hesabında yazıb. Aktyor bir müddət telefon və internetdən uzaq durmalı olduğunu bildirib:

“Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum uzaq durmalıyam. Sadəcə narahatlığınızı anlayıb bu paylaşımı etməyə özümə borc bildim. Ölüm qaşla göz arasındadır. Özümə qarşı laqeyd yanaşırdım. Bəlkə də bu bir xəbərdarlıq idi ki, məni silkələdi. Təbii ki, bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacağam” deyə, aktyor qeyd edib.

Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.

Chosen
19
33
millitv.net

10Sources