Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların peşə tanınması ilə bağlı keçirilmiş imtahanın nəticəsi elan olunub.
Bu barədə Korrespondent.az-a TKTA-dan məlumat verilib.
Bildirilib ki, 23 iyun 2025-ci il tarixində DİM tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 295 nəfər namizəd qeydiyyatdan keçib, bunlardan 240 nəfəri imtahanda iştirak edib. 25 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 25% təşkil edib.