EN

Türkiyə və Belçika dronlar almaq üçün Ukrayna üzrə koalisiyaya qoşulur

İyulun 2-də Riqada keçirilən iclasdan sonra Ukrayna üçün dronlar üzrə Beynəlxalq Koalisiyanın Komitəsi Türkiyə və Belçikanın Latviya və Böyük Britaniyanın rəhbərlik etdiyi təşkilata qoşulmasını dəstəkləyib.

Herbiand.az bildirir ki, bu barədə Latviyanın LSM nəşri yazır.

Əvvəlcə bu barədə Latviyanın müdafiə naziri Andris Spruds məlumat verib. Daha sonra isə Belçikanın müdafiə naziri Teo Franken bildirib ki, həmin görüşdən cəmi bir neçə saat əvvəl Riqaya gedərkən koalisiyaya qoşulmaq barədə sənədləri imzalayıb.

Latviyanın müdafiə naziri deyib ki, beynəlxalq pilotsuz təyyarələr koalisiyası güclənir: “Bu o deməkdir ki, biz Ukraynanı getdikcə daha çox pilotsuz təyyarələrlə təmin edə biləcəyik. Eyni zamanda, Latviya, Aİ və NATO ölkələrinin müdafiə sənayesini gücləndirəcəyik”.

Hazırda koalisiyaya 20 ölkə daxildir: Latviya, Litva, Estoniya, Ukrayna, Polşa, Çexiya, Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Danimarka, Lüksemburq, Niderland, Norveç, Türkiyə, İsveç, Kanada, Avstraliya və Yeni Zelandiya.

Bəxtiyar CƏFƏRLİ

Chosen
41
9
herbiand.az

10Sources