EN

Dünya Kuboku: Azərbaycanın daha bir boksçusu bürünc medalı təmin edib

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycanın daha bir boksçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, 1/4 finalda rəqibinə qalib gələn Məhəmmədəli Qasımzadə (60 kiloqram) bununla ən azı bürünc medalı təmin edib.

Daha əvvəl bu uğura Sübhan Mamedov (50 kiloqram) imza atıb. Buna idmançımızın türkiyəli rəqibi Samet Gümüşün döyüşə gəlməməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycanın 11 boksçu ilə qatıldığı Dünya Kubokunda ölkəmizi Emil Qurbanəliyev və Anar Babanlı hakim kimi təmsil edirlər.

Chosen
10
azertag.az

1Sources