EN

Azərbaycan və Özbəkistan arasında dostluq təkcə rəsmi deyil, həm də ictimai təməl üzərində qurulub - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər klassikdiplomatik çərçivələri çoxdan geridə qoyub. Bu əlaqələr artıqqardaşlıq, etimad və strateji tərəfdaşlıq kimi möhkəm təməllərüzərində formalaşıb.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Prezident Şavkat Mirziyoyevin bu günlərdə Bakıya səfəri bunubir daha təsdiq etdi. Səfər çərçivəsində keçirilən görüşlər,imzalanan sənədlər, açılış mərasimləri və verilən bəyanatlarAzərbaycan–Özbəkistan əlaqələrinin təkcə bu gününü deyil,gələcəyini də müəyyənləşdirən mühüm yol xəritəsini ortaya qoydu", -o bildirib.

Onun sözlərinə görə, Bakıda baş tutan danışıqlar göstərdi ki,iki ölkə arasında siyasi münasibətlər qarşılıqlı hörmət, inam vətam koordinasiya üzərində qurulub.

"Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındaformalaşan şəxsi münasibətlər diplomatik əlaqələrə əlavə dərinlikqazandırır. Bu, ikitərəfli əməkdaşlıqda dinamizmi artırmaqlayanaşı, regional məsələlərdə də vahid yanaşma ortaya qoymağa imkanverir. Azərbaycan və Özbəkistan beynəlxalq arenada da bir-birinifəal şəkildə dəstəkləyir. İkitərəfli formatda siyasi təmaslarınmüntəzəmliyi, həmçinin, strateji məsələlərdə ortaq mövqelərinmövcudluğu gələcək əməkdaşlıq üçün sabit zəmin yaradır.

Bakıda keçirilən Azərbaycan–Özbəkistan Ali DövlətlərarasıŞurasının ikinci iclası əməkdaşlığın daha sistemli və institusionalxarakter daşıdığını göstərir. Bundan əlavə, səfər çərçivəsindəiqtisadiyyat, sənaye, kənd təsərrüfatı, nəqliyyat və gömrüksahələrini əhatə edən çoxsaylı sənədlər imzalandı. Bu razılaşmalar,sadəcə niyyət bəyanatları deyil - real iqtisadi layihələrin hüquqibazasını təşkil edir.

Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusiyyəti ondanibarətdir ki, bu əməkdaşlıq ortaq sənaye zonalarının yaradılması,logistik mərkəzlərin təşkili, ixrac–idxal balansınıngenişləndirilməsi və nəqliyyat dəhlizləri üzrə koordinasiyanı əhatəedir və sadalananları artıq praktik müstəviyə keçirib", - obildirib.

A.Qarayev bildirib ki, son illərdə iki ölkə arasında enerji vənəqliyyat sahəsində koordinasiya xeyli intensivləşib.

"Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Orta Dəhlizlayihəsi Özbəkistan üçün Avropa bazarlarına çıxışda əsasalternativlərdən birinə çevrilir. Bakı bu layihədə özünü regionallogistika habına çevirməklə yanaşı, Orta Asiya ölkələrinin dəbeynəlxalq bazarlara inteqrasiyasında körpü rolunu oynayır. Bukontekstdə yaşıl enerji sahəsində planlaşdırılan əməkdaşlıq ayrıcaönəm kəsb edir. Azərbaycan və Özbəkistan günəş və külək enerjisipotensialını regional ixrac sisteminə çevirmək niyyətindədir. Buməqsədlə Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi və ötürməinfrastrukturunun qurulması nəzərdə tutulur. Beləliklə, hər ikiölkə həm Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verəcək,həm də öz enerji ixrac portfelini şaxələndirəcək", - obildirib.

Politoloq qeyd edib ki, səfər çərçivəsində gerçəkləşən ikiaçılış mərasimi - Bakıda Özbəkistanın yeni səfirlik binası və"Özbəkistan" Parkının təməlqoyma mərasimi – iki ölkə arasındadostluğun təkcə rəsmi deyil, həm də ictimai təməl üzərindəqurulduğunu göstərir.

"Diplomatik münasibətlər üçün mühüm rəmz olan səfirlik binasınınyeni, geniş və mərkəzi ərazidə yerləşməsi gələcəkdə bu əlaqələrindaha da intensivləşəcəyinə işarədir. Parkın salınması isə humanitarmüstəvidə – mədəniyyət, tarix və xalq diplomatiyası sahəsində –qarşılıqlı anlaşmanın nə qədər dərin olduğunun göstəricisidir", -A.Qarayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan təkcə siyasi vəenerji sahəsində deyil, eyni zamanda istehsalat və sənayekooperasiyası baxımından da əməkdaşlığı gücləndirir.

"Artıq iki ölkə arasında birgə istehsalat müəssisələrininyaradılması, kənd təsərrüfatı logistikası və ixrac üçün ortaqplatformaların qurulması ilə bağlı konkret addımlar atılır.İmzalanan sənədlər və aparılan danışıqlar bu sahədə genişinvestisiya potensialının mövcud olduğunu ortaya qoydu. Qarşılıqlıticarət dövriyyəsinin artırılması da diqqət mərkəzindədir. Əvvəlkiillərlə müqayisədə, son dövrdə bu sahədə əhəmiyyətli artım müşahidəolunur ki, bu da iqtisadi əlaqələrin daha sistemli şəkildə inkişafetdiyini göstərir.

Azərbaycan və Özbəkistan regionda sabitliyin və təhlükəsizliyinqorunmasında ortaq yanaşma nümayiş etdirirlər. Hər iki ölkəbeynəlxalq münasibətlərdə suverenliyə hörmət, qeyri-müdaxilə vəkonstruktiv əməkdaşlıq prinsiplərini müdafiə edir. Bu yanaşmalartəkcə ikitərəfli deyil, həm də regional proseslərdə balanslı vəreal siyasət yürütmək imkanı yaradır. Ümumilikdə, ŞavkatMirziyoyevin Bakıya səfəri Azərbaycan–Özbəkistan münasibətlərinindurmadan inkişaf etdiyini göstərir. Geniş koordinasiya, stratejisinxronluq və dostluq prinsiplərinə əsaslanan bu tərəfdaşlıq həmregion üçün nümunə, həm də gələcəyin inteqrasiya modeli sayılabilər", - A.Qarayev əlavə edib.

Chosen
12
50
az.trend.az

10Sources