İsveç hökuməti Ukraynaya təxminən 160 milyon dollar dəyərində hərbi yardım göndərəcək.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumatda deyilir: "İsveç hökuməti Ukraynaya dəstək üçün təqribən 1,5 milyard SEK dəyərində əlavə hərbi texnika vermək qərarına gəlib. Buraya əvvəllər təhvil verilmiş "Archer" artilleriya sistemləri, uzaq mənzilli silahlar, sualtı sistemlər və logistika ləvazimatları üçün on yeni barel daxildir".