Fransada aviadispetçerlərin iki həmkarlar ittifaqı iş şəraitinin yaxşılaşdırılması tələbi ilə iyulun 3-də və 4-də işçiləri tətilə çağırıb. Bu, Fransada hava hərəkətini ciddi şəkildə pozmaq təhlükəsi yaradır.
News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Məlumata görə, aşağıbüdcəli reyslərin təmərküzləşdiyi Bovenin hava limanlarında uçuşların 25%-i artıq ləğv olunub.
Nitsa, Bastiya və Kalvidə uçuşların yarısı, Lion və Marseldə isə üçdəbiri ləğv edilib.
İyulun 4-də isə vəziyyət daha da gərginləşə bilər. Çünki DGAC (Mülki Aviasiya Baş İdarəsi) Paris və Bovedə uçuşların 40%-ni ləğv etmək göstərişi verib.