Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Fransalı əfsanəvi hücumçu Olivye Jiru "Lill"ə keçidini özü üçün yeni çağırış kimi qiymətləndirib.
Fanat.Az xəbər verir ki, ESPN 38 yaşlı hücumçunun MLS-də karyerasının uğurlu alınmaması ilə bağlı dediklərini belə çatdırıb:
"MLS-də oyun tərzi mənə çox uyğun deyildi. 13 ildən sonra Fransaya qayıtmaq fürsət və inanılmaz çağırışdır.
Özümü yaxşı fiziki formada hiss edirəm, narahat olmayın. Mən o yükü götürməyə hazıram. Yaşıma görə özümü yaxşı hiss edirəm və bədənim “dur” deyənə qədər oynamaq istəyirəm.
Özümü sınamaq üçün çətinliklərə ehtiyacım var, karyeramı irəliyə aparan da bu istəkdir. Bu çağırış karyeram boyu öz sözünü deyib”.
Qeyd edək ki, Jiru "Los-Anceles"dən azad agent kimi ayrılıb və Fransa klubu ilə 1 illik müqavilə imzalayıb.
Mirağa
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.