“Araz-Naxçıvan”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Aris”lə keçirəcəyi oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
İdmanxeber.az-ın məlumatına görə, ayın 24-də baş tutacaq qarşılaşmanın baş hakimi Andrey Kivulet olacaq. Ona Mirça Mihail Qriqoriu və Andrey Qabriel Konstantinesku kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Radu Petresku yerinə yetirəcək.
İyulun 31-də Yunanıstanda (Bakı vaxtı ilə saat 22:15) keçiriləcək cavab görüşünün baş hakimi isə şotlandiyalı David Dikinson olacaq.
Ona yan xətt hakimləri kimi Fransis Konnorla Conatan Bell köməklik göstərəcəklər. Rayan Li isə dördüncü hakim olacaq.