EN

NİİM: Nizamlanmayan yolayrıcı qaydalarına əməl etməmək qəzaya səbəb olur

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 iyul, AZƏRTAC

Ötən gün Binəqədi rayonu, Səttar Bəhlulzadə və Zaur Nudirəliyev küçələrinin kəsişməsində baş yolla hərəkət edən motosiklet sürücüsü gəldiyi sürətlə yolayrıcına daxil olub. Bu zaman ikinci dərəcəli yolla hərəkət edən minik avtomobilinin sürücüsü onu vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumatda bildirilib.

Mərkəz baş vermiş hadisə ilə bağlı “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin müvafiq bəndini bir daha sürücülərin diqqətinə çatdırıb. “Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir. Yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün qaydalara əməl edilməlidir”, - deyə məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
2
azertag.az

10Sources