EN

Rusiya və Azərbaycan Baş Prokurorluqları gündəlikdə olan cari məsələlərlə bağlı mütəmadi əlaqə saxlayırlar

Rusiya və Azərbaycan Baş Prokurorluqları əlaqədədirlər və cari gündəliklə bağlı mütəmadi olaraq əlaqə saxlayırlar.

"Report"un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə RF nəzarət qurumunun mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, prioritet hər iki ölkənin vətəndaşlarının hüquq və maraqlarının qorunması məsələləridir.

"Mümkün insinuasiyaların qarşısını almaq məqsədilə nəzarət qurumlarının rəhbərləri tabeliklərində olanlara qabaqlayıcı xarakterli hərtərəfli tədbirlər görməyi tapşırıblar", - mətbuat xidmətinin məlumatında deyilir.

Chosen
10
50
report.az

10Sources