EN

Özbək bankir Parisdə oğurlandı - İki gün zirzəmidə saxlanılıb

Özbəkistanın “Anorbank” rəqəmsal bankının sahibi Kahromonjon Olimov Parisdə oğurlanıb və iki gün sonra fidyə ödənildikdən sonra sərbəst buraxılıb.

"Unikal" xəbər verir ki, Bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb. 

Hadisə iyunun 23-də baş verib. Həmin şəxs zorla şəhərdən kənara aparılıb və ümumilikdə iki gün Nitsa yaxınlığındakı malikanənin zirzəmisində saxlanılıb. Qismən fidyə ödənildikdən sonra bankir azadlığa buraxılıb.

"Paris xəstəxanasının həkiminin dediyinə görə, Olimov çoxsaylı qançırlar və xəsarətlər alıb. O, özü də yuxusuzluqdan və daim ayıqlıqdan şikayətlənib", - məqalədə deyilir.

Kahromonjon Olimov "Anorbank" kommersiya rəqəmsal bankının ən böyük səhmdarıdır - şirkətin səhmlərinin 95,1%-nə sahibdir.

Gülayə Mecid 

Chosen
16
4
unikal.az

5Sources