EN

Premyer Liqa klubunun gətirmək istədiyi tanınmış baş məşqçi bilindi – SON DƏQİQƏ

«Sumqayıt» yeni baş məşqçisinin adını ən qısa zamanda açıqlayacaq. Hər halda klubun prezidenti Riad Rəfiyev saytımıza belə söyləyib. O, ad çəkməsə də, komandanın sükanı arxasına əyləşdirəcəkləri mütəxəssisin kifayət qədər tanınmış olduğunu anons edib.
Redaksiyamıza daxil olan son məlumata görə, «kimyaçılar» Blaqoja Milevski ilə danışıqlar aparıb. 54 yaşlı çalışdırıcı 2021-ci ildən Şimali Makaedoniya yığmasında işləyir. Onun yerli federasiya ilə müqaviləsinin başa çatmasına hələ 6 ay qalıb. «Gənclik şəhəri» təmsilçisi bunu nəzərə alaraq, qurumdan icazə alıb və Milevski ilə dəyirmi masa arxasına əyləşib.

SPORTİNFO.AZ

Chosen
33
50
sportinfo.az

10Sources