EN

20 gün əvvəl su anbarında batan gənc qızın meyiti tapıldı

Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyti tapılıb.

"Unikal"ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batan 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, hadisə ötən ayın 13-də Şəmkir rayonunun Mehrili kəndi ərazisində yerləşən Şəmkirçay su anbarında baş verib. Rayonun Seyfəli kənd sakinləri - 2004-cü il təvəllüdlü Ümid İbrahimov, 2005-ci il təvəllüdlü Aliyə Həsənova və Fazil Həsənov həmin əraziyə istirahət məqsədilə yollanıblar. Məlumata görə, istirahət zamanı onlar spirtli içki qəbul ediblər.

Daha sonra Aliyə Həsənova sərxoş vəziyyətdə suya girib. Gənc qızın çətin vəziyyətdə olduğunu görən Ümid İbrahimov onu xilas etmək məqsədilə suya atılıb. Hər iki şəxs suda boğularaq həyatını itirib.

Fakt araşdırılır.

Tural Əhmədov

Chosen
17
47
unikal.az

10Sources