Politoloq Vüqar Əhmədov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanın hüquq mühafizə orqanları istənilən hüquqa zidd əməllərlə sərt mübarizə aparır:
“O cümlədən "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında aparılan araşdırma ciddi şübhələr əsasında həyata keçirilir, çünki bundan əvvəl "Rus Ev"i ilə bağlı da müvafiq araşdırma aparıldı və onun fəaliyyəti dayandırıldı.
Digər tərəfdən hazırda Rusiyada nə qədər media subyektləri varsa, buna müvafiq olaraq Azərbaycanda da eyni sayda Rusiyanı təmsil edən media təmsilçiləri olmalıdır.
Xüsusən, son dövrlər Rusiyanın media sahəsində Azərbaycana qarşı qərəzli və əsassız hücumların, təbliğatın şahidi oluruq. Belə bir vəziyyətdə əlbəttə ki, Azərbaycan Rusiyadan gələn istənilən təhlükə və təhdidi dəf etmək, ölkə daxilində milli təhlükəsizliyi təmin etmək üçün müvafiq addımlar atmalıdır”.
Politoloq diqqətə çatdırıb ki, əgər Rusiya mediası ölkəmizə qarşı qərəzli hücumlar təşkil edirsə onun ölkəmizdəki mətbuat orqanında araşdırmaların aparılması ehtiyac var və bu kifayət qədər adekvat addımdır:
“Təəssüf ki, bu gün Rusiya Azərbaycanla münasibətləri çox gərginləşdirib. Hazırda iki ölkə arasında dostluq münasibətlərindən söhbət gedə bilməz, Rusiyada yaşayan soydaşlarımıza hücumlar təşkil olunur, belə bir vəziyyətdə sözügedən ölkənin media subyektlərinin ölkəmizdə qanunsuz fəaliyyətinə və mümkün ola biləcək təxribatlara susqun qala bilmərik.
Bu gün Rusiya mediası Kremlin yalançı təbliğatının ruporuna çevrilib və hələ bilmək olmaz ki, indiki durumda onların fəaliyyətinin qarşısı alınmasa ölkəmizdə hansı pozucu işlər həyata keçirərlər. Bir sözlə, Rusiya bizə necə münasibət göstərəcəksə, eyni adekvat münasibəti bizim ictimaiyyət, media icması, hüquq mühafizə orqanları onlara qarşı göstərəcəkdir.
Azərbaycan hər zaman istənilən ölkə, o cümlədən Rusiya ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olubdur. Bunu hər zaman Prezident İlham Əliyev öz çıxışlarında vurğulayır. Təəssüf ki, biz son aylar Rusiyadan əks addımların şahidi oluruq və əlbəttə ki, Azərbaycan tərəfi də buna uyğun olaraq tədbirlərini almaqdadır”.
Leyla Turan
10Sources
-
demokrat.azDeputat: “Bu, məqsədli şəkildə törədilmiş təxribatdır” ( 18951520)
-
demokrat.azDeputat: “Bu, məqsədli şəkildə törədilmiş təxribatdır” ( 18951508)
-
demokrat.azPolitoloq: “Rusiya mediası Kremlin yalançı təbliğatının ruporuna çevrilib” ( 18903988)
-
qafqazinfo.az“Bu, Moskvanın öz səhvlərini etiraf etməyə hazır olmadığını göstərir” ( 18883096)
-
demokrat.azDeputat: “Moskva dost münasibətləri qorumaq istəyirsə, bu cinayətlərin araşdırılmasına başlamalıdır” ( 18857350)
-
demokrat.azDeputat: “Rəsmi Moskvanın susqunluğu suallar doğurur” ( 18856222)
-
demokrat.azDeputat: “Rəsmi Moskvanın susqunluğu suallar doğurur” ( 18856126)
-
azreform.info"Rusiya tez geri çəkilməsə, hadisələr onun üçün yaxşı heç nə vəd etmir" - Deputat ( 18853852)
-
olke.azRusiya tez geri çəkilməsə, hadisələr onun üçün yaxşı heç nə vəd etmir Deputat ( 18853132)
-
olke.az"Rusiya tez geri çəkilməsə, hadisələr onun üçün yaxşı heç nə vəd etmir" - Deputat ( 18852991)