EN

Jah Khalib Bakıdan video paylaşdı və azərbaycanlı qadınlara heyranlığını ifadə etdi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Tanınmış qazaxıstanlı reper, azərbaycanəsilli Jah Khalib (əsl adı Bəxtiyar Məmmədov) Bakıda çəkdiyi və Azərbaycan qadınlarının gözəlliyinə həsr etdiyi xüsusi bir video ilə izləyicilərinin qəlbini fəth edib.

Oxu.Az-ın verdiyi məlumata görə, məşhur ifaçı videonu özünün "Instagram" səhifəsində paylaşıb.

Kadrlar "Kto je tı, bakinka?" mahnısının müşayiəti ilə təqdim olunub. Bakının milli müxtəlifliyini vurğulayan videoda müxtəlif xalqlara mənsub qadınların obrazları təqdim olunub - səhnələr İçərişəhər və paytaxtın digər füsunkar guşələrinin fonunda lentə alınıb.

Reper gözəl vizual görüntülərlə Bakı qadınlarının zərifliyini və cazibəsini tərənnüm edib.

İzləyicilər bu paylaşımı böyük sevgi və qürur hissi ilə qarşılayaraq reperin həm sənətinə, həm də doğma köklərinə olan bağlılığına rəğbət göstəriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
50
oxu.az

10Sources