EN

Məşhur təndirxanada biabırçılıq - Yeməyə əlavə verilən sumağa qurd düşübmüş

Qeyd olunan görüntülər Agentliyin Bakı regional bölməsi tərəfindən nəzarətə götürülərək müvafiq araşdırmalar aparılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Qeydn olunub ki, istehlakçılar qida sahəsində rastlaşdıqları uyğunsuzluqlarla bağlı AQTA-nın 1003 qaynar xəttinə məlumat versinlər. Məlumat daxil olduqda dərhal qeydə alınacaq və qanunamüvafiq tədbirlər görüləcək.

***15:26

Nəriman Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Nənəmin Təndiri" adlı təndirxanada biabırçı hal yaşanıb.

BAKU.WS-in "qaynar xətti"nə gələn şikayətə əsasən, orada yemək yeyən vətəndaş sumağın qurdladığını aşkarlayıb.

Vətəndaş bildirir ki, qidanı yeməkdən imtina edib, 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Rəsmi açıqlama veriləcək.

Şahanə Xankişiyeva

Chosen
33
46
far.az

10Sources