Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında fişənglərin saxlanıldığı anbarda baş verən partlayış böyük təşvişə səbəb olub.
Yanğından sonra anbardakı fişənglər ard-arda partlayıb. Partlayışlar demək olar ki, bomba təsiri yaradıb və göyə nəhəng bir alov topu qalxıb.
Partlayışın baş verdiyi obyekt tamamilə yerlə-yeksan olub.
Rəsmilər 7 nəfərin itkin düşdüyünü açıqlayıb.
Güclü partlayışların uzun müddət davam etdiyi ərazidə yaşayanlar qorxu dolu anlar yaşayıb. Təhlükəsizlik məqsədilə ətrafda yaşayan sakinlər təxliyə edilib.
Mənbə: Haber Global