EN

Lukaşenko: Qərb dünya alovunda borclarını və problemlərini yandırmaq istəyir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko, Qərbin dünya alovunda bütün borclarını və problemlərini yandırmaq qərarına gəldiyini, eyni zamanda bu yolla milyonlarla insanın həyatını itirəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə ölkənin Müstəqillik Günündə Qələbə Dağında çıxışı zamanı söyləyib.

"Ətrafımızda baş verənləri görürsünüz. Qərb yenə bütün borclarını və problemlərini dünya alovunda yandırmağa qərar verdi. Eyni zamanda bir neçə milyon planet sakininin həyatını da yandırmağa," - deyə o qeyd edib.

Prezidentin sözlərinə görə, insanların, xüsusən də gənclərin vəzifəsi birləşərək, dəlilərdən dünyanı qorumalıdır. "Bütün bəşəriyyətin gələcəyi naminə onları dayandırmalıyıq," - deyə ölkə lideri qeyd edib.

Mərasim əvvəlində Lukaşenko abidəyə gül dəstəsi qoyub. Daha sonra bu mərasimə dövlətin başçısının kiçik oğlu Nikolay, Belarus Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenko və digər yüksək vəzifəli şəxslər, o cümlədən baş nazir Aleksandr Turçin, Belarus Milli Məclisi Nümayəndələr Palatasının sədri İqor Serqeyenko, Belarus Milli Məclisi Şura Palatasının sədri Natalya Koçanova qatılıblar.

Mərasim iştirakçıları Belarusun azadlığı uğrunda həyatlarını qurban verənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirin sonunda atəşfəşanlıq olub və respublikanın himni səslədirilib.

Belarusda Müstəqillik Gününün qeyd edilməsi qərarı 1996-cı ildə qəbul edilib. Böyük Vətən Müharibəsi dövründə "Baqration" adı altında baş tutan Belorusiyanın hücum əməliyyatı (Müharibənin ən böyük strateji əməliyyatlarından biri) çərçivəsində 3 iyul 1944-cü ildə Belarus paytaxtı alman-faşist işğalçılarından azad edilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
50
icma.az

10Sources