Ermənistan parlamentində qarşıdurma yaranıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mediasına istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyanın keçmiş silahdaşı Ovik Ağazaryan Rusiyanı Ermənistanın təxribatlarına uymamağa çağırıb.
Ovik Ağazaryanın bu bəyanatı parlamentdə qarşıdurmaya səbəb olub.
Ağazaryan “Vətəndaş müqaviləsi”nin deputatı Tiqran Parsilyana butılka atıb.