EN

Bu gün 67 gənc rəssamın ilk sərgisi təşkil edilir

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Bugün, 3 iyul 2025-ci il tarixində, saat 19:00-da Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə gənc rəssamların yaradıcılıq axtarışlarını dəstəkləmək məqsədilə “Sənin adın nədir?” – Gənc Rəssamların İlk Tanıtım Sərgisinin rəsmi açılış mərasimi baş tutacaq.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərginin ekspozisiyasında ilk dəfə olaraq 67 gənc rəssamın ilk sərgisi təşkil edilir və burada onların rəngkarlıq, heykəltaraşlıq, dekorativ tətbiqi sənət, instalyasiya və video-art  sənətində əsərləri yer alır.

Sərgi 3 sentyabr tarixinə kimi davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
41
bakivaxti.az

10Sources