EN

Karapetyanın şirkətinin ofisində axtarış nəticəsində 2 nəfər həbs olunub

Ötən gün “Taşir” Şirkətlər Qrupunun İrəvandakı ofisində aparılan axtarışlar zamanı iki nəfər həbs olunub.

APA xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən bildirilib.

Daha iki nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.

Qeyd edək ki, “Taşir” Şirkətlər Qrupu Ermənistanda həbs edilimi iş adamı Samvel Karapetyana məxsusdur.

Chosen
147
15
apa.az

4Sources