İtaliyalı futbol mütəxəssisi Davide Nikola yenidən A Seriyasına qayıtmış “Kremoneze” komandasının baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
52 yaşlı mütəxəssislə 2 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. O, bu postda ötən mövsüm bitən kimi komandadan ayrılmış Covanni Stroppanı əvəz edib. Stroppa 2024-cü ilin noyabrından sözügedən komandaya rəhbərlik edirdi.
Davide Nikolanın sonuncu iş yeri “Kalyari” olub. O, 2024-cü ilin iyul ayından çalışdırdığı komandadan ötən ay ayrılmışdı.
Nikola “Kalyari”ni bütövlükdə 41 oyuna çıxarıb. Komanda bu görüşlərdə 11 qələbə qazanıb, 9 heç-heçə edib və 21 məğlubiyyətə üzülüb.
İtalyan mütəxəssis “Kalyari”dən öncə “Salernitana”, “Torino”, “Cenoa”, “Udineze”, “Krotone”, “Bari”, “Livorno”, “Empoli” kimi klublarda da baş məşqçi kimi çalışıb.
