Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında iştirak etmək üçün sabah Azərbaycanın Xankəndi şəhərinə səfər edəcək.
Bu barədə Kommunikasiya direktoru Fahrettin Altun açıqlama verib.
“Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Yeni Baxışı” mövzusu altında təşkil olunacaq sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat islahatları kimi məsələlər müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.
Fahrettin Altun prezident Ərdoğanın sammitdə çıxış edəcəyini və liderlərlə görüşlər keçirəcəyini açıqlayıb.