EN

Aİ ABŞ-ın Ukraynaya yardımını əvəz edə bilər - Alman general

Birləşmiş Ştatlar Ukraynaya hərbi yardımı dayandırarsa, lazımi “siyasi iradəyə” malik Aİ dövlətləri bu tədarükləri əvəz etməyin yolunu tapa biləcəklər.

Herbiand.az xəbər verir ki, bu fikri Bundesverin general-mayoru Kristian Freydinq cümə günü, iyunun 6-da dərc olunan “Reuters” agentliyinə müsahibəsində bildirib.

Freydinq Almaniyanın Müdafiə Nazirliyində Rusiyanın qonşu ölkəyə genişmiqyaslı işğalının başlamasından az sonra yaradılmış Ukrayna üzrə vəziyyət mərkəzinə rəhbərlik edir. Bu bölmə Almaniyanın Ukraynaya hərbi yardım göstərməsini əlaqələndirir və bu cür təchizatların həcminə görə Almaniya ABŞ-dan sonra ikinci yerdədir.

Kristian Freydinq “qəti əmindir” ki, Berlin və Ukraynanın digər müttəfiqləri Amerikanın Kiyevə göndərdiyi hərbi yardımı kompensasiya etməyə qadirdir.

Alman general bildrib: "Ukraynaya qarşı müharibə bizim qitəmizdə aparılır, həm də Avropanın təhlükəsizliyinə qarşı aparılır. Əgər siyasi iradə olarsa, o zaman Amerika dəstəyini böyük ölçüdə əvəz edəcək vasitələr tapılacaq”.

Chosen
103
20
herbiand.az

10Sources