Bakı, TurkicWorld
2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq, 3 milyard 818 milyon 939 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyun ayında Türkiyə 588 milyon 946 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 8,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 7 milyard 917 min 969 dollar məbləğində mebel ixrac edib.