Məşhur futbolçu Dioqu Jotanın öldüyü qəzanın təfərrüatı bəlli olub.
Oxu.az bununla bağlı "Daily Mail" nəşrinə istinadən xəbər verir.
Bildirilib ki, hadisə zamanı futbolçunun avtomobili aşıb və yanıb.
Qəza zaman futbolçu qardaşı Andre ilə birlikdə olub. Onlar yanaraq ölüblər.
Qeyd edək ki, futbolçu iyunun 22-də ailə həyatı qurmuşdu.

12: 25
İngiltərənin "Liverpul" klubunun portuqaliyalı hücumçusu Dioqu Jota faciəli şəkildə ölüb.
Moderator.az xəbər verir ki, bununla bağlı "Marca" nəşri məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı hücumçu İspaniyada yol-nəqliyyat hadisəsində həyatını itirib.
Futbolçu İngiltərənin "Liverpul" klubunda çıxış edib, əvvəllər "Vulverhempton", "Porto" və "Madrid Atletiko"sunun futbolçusu olub. Jota Portuqaliya millisində 46 oyun keçirib. "Liverpul"un tərkibində Jota İngiltərə çempionu və ölkə kubokunun qalibi adını, həmçinin Portuqaliya millisinin tərkibində iki dəfə UEFA Millətlər Liqasının kubokunu qazanıb.