Şahbuz rayonunda bədbəxt hadisə baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Şahbuzkənd ərazisində yerləşən göldə qeydə alınıb. Belə ki, kənd sakini, 1956-cı il təvəllüdlü Nəbiyeva Ətlas Əli qızı göldə boğularaq ölüb.
Hazırda faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.