Missiya.az saytına istinadən ain.az xəbər verir.
Əksər insan yaş saçla günəş vannası qəbul edir. Lakin mütəxəssislər bildirir ki, həmin məqam onları istilik vurması və günvurma riski ilə üz-üzə qoyur, həmçinin saçların solmasını və zədələnməsini sürətləndirir.
Bildirilib ki, su damcıları da linzalar kimi günəş şüalarını yerləşdiyi yerə yönəldir və bu da mikroyanıqlarla nəticələnir. Bu, dəniz suyu və ya hovuzun tərkibindəki xlorla birləşərək dərini qurudacaq və saçların solmasını sürətləndirəcək, nəticədə saç zülalının, keratinin məhv olması səbəbindən sonrakı zədələrə səbəb olacaq.
Uşaqlar və damar problemi olan insanlar xüsusilə diqqətli olmalıdır. Çünki insult əlamətləri başgicəllənmə və ürəkbulanma şəklində özünü göstərə bilər.
Həkimlər üzgüçülükdən sonra saçların bir az quruması üçün bir müddət kölgədə qalmağı tövsiyə edir, həmçinin səhər saat 11:00-da başlayan və orta hesabla saat 16:00-a qədər davam edən günəş aktivliyi saatlarında papaq taxmağı məsləhət görürlər.
Habelə UV filtrli xüsusi saç spreylərindən istifadə edə bilərsiniz. O cümlədən pomidor, tomat pastasının zeytun yağı ilə birlikdə müntəzəm istehlakı, nar, qarpız, tünd yarpaqlı tərəvəzlər, yaşıl çayın pəhrizə daxil edilməsi günəş yanığı riskini azaldacaq.
Zərintac MayisqızıMissiya.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.