EN

Putin 9 generalı işdən çıxardı

ain.az bildirir, Unikal.az portalına istinadən.

Rusiya prezidenti Vladimir Putin Ədliyyə Nazirliyində, İstintaq Komitəsinin regional idarələrində, Daxili İşlər Nazirliyində və Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi haqqında fərman imzalayıb. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu fərmanlara görə, 9 general işdən çıxarılıb. 

 Məlumata görə, prezident aşağıdakı generalları vəzifələrindən azad edib:

Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq və əməkdaşlıq departamentinin direktor müavini Dmitri Babekin,

Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası sahəsində dövlət siyasəti departamentinin direktoru Vladimir Lukyanov,

Fövqəladə Hallar Nazirliyinin İnformasiya Texnologiyaları və Rabitə Departamentinin direktoru, general-mayor Yevgeni Qorlenko,

Daxili İşlər Nazirliyinin baş inspektoru, general-mayor Dmitri Petrunin,

Tatarıstan Daxili İşlər Nazirliyinin rəis müavini Fyarqat Muxametzyanova,

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisi Andrey Strijov,

Rusiya Federasiyasının Kemerovo vilayəti üzrə İstintaq Komitəsinin rəhbəri Aleksandr Bezukladnikov,

Rusiya Federasiyasının Kirov vilayəti üzrə İstintaq Komitəsinin rəhbəri Andrey Vinoqradov,

Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin əməliyyat işləri üzrə polis rəisinin müavini Artur Ozerov.

Ağarza Elçinoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
1
unikal.az

10Sources