EN

Məşhur reper 20 il həbs oluna bilər

"Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombs barəsində ABŞ-də aparılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Kulis.az xəbər verir ki, Nyu-Yorkdan seçilmiş 12 nəfərlik münsiflər heyəti onu beş ittihamdan ikisi üzrə təqsirli bilib.

Reperə qarşı reketçilik və insan alveri məqsədilə cinsi istismar maddələri üzrə ittihamlar götürülüb, lakin o, seksual xarakterli fəaliyyətlə bağlı iki ittiham üzrə təqsirli hesab olunub.

Kombsun 20 illik həbsi istənilir.

Məhkəmənin qərarı yaxın günlərdə açıqlanacaq.

Chosen
15
1
kulis.az

10Sources