EN

Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Birja məlumatları xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,09 ABŞ dolları və ya 1,5% artaraq 73,61 ABŞ dollarına çatıb.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,52 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb

    Chosen
    8
    49
    banco.az

    10Sources