Aşıq Zülfiyyə İbadova açıqlaması ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, "Rəngarəng"də qonaq olan sənətçi illər əvvəl ona yazılan sevgi məktublarından danışıb:
"Mən İctimai TV-də "Ozan" verilişini aparanda prodüser gülə-gülə gəlirdi ki, "sənə sevgi məktubları göndəriblər". Öz aramızda gülürdük, boş verirdim. Ailəli idim... O məktubları yazan adam bir dəfə gəldi ki, "həmin insan mən idim". Dedim, nə məktub? Dedim, xətrinizə dəyməsin, deyəsən, başınız xarabdır. Özü də rayondan gəlib mənim üçün.