EN

Şimali Kipr Azərbaycanla investisiya əlaqələrini daha da möhkəmlənəcəyinə ümid edir – Ersin Tatar (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Şimali Kipr Türk Respublikası Azərbaycanla, xüsusiləiqtisadiyyat və investisiyalar sahəsində əlaqələrin daha damöhkəmlənəcəyinə ümid edir.

Bu barədə Şimali Kiprin Prezidenti Ersin Tatar Bakıya səfəriçərçivəsində Trend-əverdiyi özəl müsahibəsində bildirib.

E.Tatar qarşıdan gələn İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)Azərbaycanın Xankəndi şəhərində keçiriləcək sammitindən danışaraq,respublikanın bu təşkilatda layiqli yer tutmasından məmnunluq ifadəedib.

“Bu məsələni sammitdə xüsusi vurğulayacağam”, – deyə obildirib.

Prezident qeyd edib ki, təşkilatda böyük ölkələr təmsilolunur:

“Təşkilata türk dövlətlərlə yanaşı, İran, Pakistan, Tacikistanvə Əfqanıstan da daxildir. Bu, 800 milyondan çox əhalisi olantəxminən bir milyard nəfəri əhatə edən nəhəng bir təşkilatdır.Şimali Kiprin əhalisi nisbətən az olsa da, ölkəmizin geosiyasiəhəmiyyəti böyükdür. Bizim Şərqi Aralıq dənizində limanlarımız vəhava məkanında hüquqlarımız var. Regiona aid olan istisna iqtisadizonalar, ərazi suları və kontinental şelf kimi kritik yurisdiksiyasahələrində Şimali Kiprin qanuni hüquqları mövcuddur. Əfqanıstan,Qazaxıstan, Qafqaz, Anadolu və Şərqi Aralıq dənizini nəzərə alsaq,Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatının coğrafi tərkibinitamamlayır. Biz Aralıq dənizinin ən cənub nöqtəsində, stratejiəhəmiyyətli bir adada yerləşirik”, – deyə o əlavə edib.

Bu kontekstdə o, Şimali Kiprin təşkilat üçün mühüm tərkibhissəsi olduğunu bildirib.

“Avropa İttifaqı 500 milyon əhalisi olan 27 üzv dövlətdənibarətdir. Onlar 750 min əhalisi olan Cənubi Kipri üzv qəbulediblər. Bizim əhalimiz 500 mindir. Üstəlik, Cənubi KiprYunanıstandan 1000–1600 km məsafədə yerləşir, biz isə Türkiyədəncəmi 60 km uzaqdayıq. Türkiyə həm İqtisadi Əməkdaşlıq Təşkilatında,həm də Türk Dövlətləri Təşkilatında ən böyük dövlətdir və bizə ənyaxın olan ölkədir. Bu baxımdan, bizim bu təşkilatlarda təmsilolunmağımız və fəal iştirakımız tamamilə təbii və haqlıdır. Əgərəhalinin sayı əsas meyar deyilsə, coğrafiya və suverenlikönəmlidirsə, o zaman bizim bu təşkilatlara üzv olmağımız daha çoxəsaslıdır. Avropa İttifaqı Cənubi Kipri üzv qəbul etmək üçün böyüksəylər göstərib. Bizim halımızda isə bu daha təbiidir, çünki bizstrateji mövqedə yerləşirik və tarixi bağlarımız var”, – deyə ErsinTatar bildirib.

Prezident əlavə edib ki, Şimali Kipr türkdilli ölkələrlə səmimimünasibətlərə malikdir:

“Biz Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundayıq,lakin bir çox iclaslarında iştirak edirik. Azərbaycanlamünasibətlərimiz isə xüsusi xarakter daşıyır. Prezident İlhamƏliyev bizimlə görüşlərdə hər zaman dəstəyini ifadə edib.

Mən ürəkdən ümid edirəm ki, Azərbaycanla münasibətlərimizxüsusilə iqtisadi və investisiya sahəsində daha da güclənəcək. Bizözümüzü bir millət, üç dövlət kimi görürük. Necə ki Azərbaycan vəTürkiyə bizim üçün əhəmiyyətlidir, bu torpaqlardakı qardaşlarımızda bizim üçün o qədər önəmlidir. Bu, bizim üçün sadə birhəqiqətdir: bir millət – üç dövlət. Bu üç dövləti birləşdirən əlaqəxüsusi və möhkəmdir. Bu da bizim kim olduğumuzu əks etdirir”, –deyə o vurğulayıb.

Ersin Tatar qeyd edib ki, bu gün Şimali Kiprdə turizm sahəsindəböyük sərmayəçilər fəaliyyət göstərir:

“Türkiyənin aparıcı otel sahiblərindən bəziləri Şimali Kiprdə500 nəfərlik otellər inşa ediblər və investisiyalarını davametdirirlər. Onlar bu sahədə potensial görürlər. Əgər yaxıngələcəkdə şərtlər yaxşılaşsa, çarter reysləri vasitəsilə dünyanınmüxtəlif yerlərindən turistlər Şimali Kiprə gələ bilər.

İlk addım olaraq hüquqi mexanizmlər çərçivəsində, xüsusiləçarter reysləri ilə birbaşa uçuş məsələsinin həlli vacibdir. Yalnızbu addım belə, böyük rifah gətirə bilər. Buna görə turizm ŞimaliKipr üçün olduqca mühüm əhəmiyyətə malikdir”, – deyə obildirib.

Prezidentin sözlərinə görə, Şimali Kiprdə müxtəlif fakültələrəmalik 20-yə yaxın universitet fəaliyyət göstərir:

“Türk-Kipr icması Türkiyədən gələn, bəziləri artıq təqaüddə olanprofessorlardan və həmçinin Böyük Britaniyadan və digər ölkələrdəntəhsil almış müəllimlərdən təhsil alır. Yaxın gələcəkdə Şimali Kiprhəqiqətən də cazibədar bir təhsil mərkəzinə çevrilə bilər”, – deyəo vurğulayıb.

Ersin Tatar onu da əlavə edib ki, Türkiyədən başqa,Azərbaycandan da daha çox qonağın Şimali Kiprə gəlməsiniarzulayır:

“Burada böyük potensial var. Bir çox azərbaycanlı Türkiyəyəsəfər edir və Türkiyənin Şimali Kiprə yaxınlığını nəzərə alsaq,onlara buraya gəlmək çox rahatdır. Məsələn, eşitmişəm ki, hazırdaAzərbaycandan Adanaya birbaşa uçuşlar var. Oradan, hətta transferolmadan belə uçmaq mümkündür. Kipr Adanadan cəmi 20 dəqiqəlikməsafədədir”, – deyə o qeyd edib.

Sonda Ersin Tatar bildirib ki, Şimali Kipr Azərbaycanlaəlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl işləyir.

“Şimali Kiprdə artıq çoxlu sayda azərbaycanlı yaşayır. Mənonların toy və yas mərasimlərində, dini toplantılarında iştirakedirəm. Azərbaycanın nə qədər güclü və potensiala malik olduğunuyaxşı bilirəm. Hər səfərimdə azərbaycanlıların bizə səmimimünasibətini görürəm. Ona görə də Azərbaycanla yaxşı münasibətlərinqorunub saxlanılması son dərəcə vacibdir. Azərbaycan güclüdövlətdir. Bu gün o, böyük miqdarda neft və qaz hasil edib ixracedir. Azərbaycan türk-kipr xalqının qəlbində xüsusi yer tutur.Qarabağ müharibəsi zamanı türk-kipr icması hadisələri böyükhəyəcanla izləyirdi və nəticədən çox sevindik.

Lakin gələcəkdə ayıq-sayıq olmaq vacibdir. Heç nə daimi deyil,hər şey dəyişə bilər, yeni hadisələr baş verə bilər. Buna görə dəbu məsələləri sonadək diqqətlə izləməli, bizə aid olanı qorumağıbacarmalı, gərgin vəziyyətlər yaranarsa, müdaxilə etməyə hazırolmalıyıq”, – deyə o bildirib.

Chosen
20
50
az.trend.az

10Sources