EN

Azərbaycan Yekaterinburq hadisələri ilə bağlı Rusiyanın müvafiq qurumlarınaMÜRACİƏT ETDİ

Azərbaycan Yekaterinburq hadisələri ilə bağlı Rusiyanın müvafiq qurumlarına müraciət edib.

 

Senzor.az bildirir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokurorluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, müraciətdə Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılması xahiş edilib: “Biz həmçinin müvafiq ekspertizaların aparılmasını, ümumi baxışların keçirilməsini də Rusiyadan xahiş etmişik”.

 

N.Əzizov Azərbaycanın Rusiya tərəfinin daha sürətli istintaq və araşdırma hərəkətlərinə başlayacağına ümid etdiyini vurğulayıb.

Chosen
4
50
senzor.az

10Sources