EN

Utziq hələ də gəlməyib

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

İyunun 30-da keçirilən “Qarabağ”la yoldaşlıq oyunundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova Rafael Utziq və Salifu Sumanın telayi ilə bağlı sual verildi. O isə Utziqin məşqlərə qoşulmadığını, Sumaya ciddi təkliflərin olduğunu dedi.Klubun mətbuat katibi Elmar Abdullazadə ilə bir daha əlaqə saxladıq. Utziqin məşqlərə qoşulub-qoşulmadığını, Suma ilə bağlı hansısa yeniliyin olub-olmadığını soruşduq. O isə hansısa yeniliyin olmadığını, Sumanın komanda ilə məşqlərə davam etdiyini dedi.“Zirə” tezliklə avrokuboklarda oynamaq üçün iştirak ərizəsini UEFA-ya təqdim etməlidi, amma iki əsas futbolçu ilə bağlı məsələyə aydınlıq gəlməyib. Qəribədi...MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
icma.az

2Sources