EN

A Seriyasına yüksələn "Kremoneze"nin yeni baş məşqçisi müəyyənləşib

İtaliya A Seriyasına yüksələn "Kremoneze" klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlanıb.

Komandaya Davide Nikola başçılıq edəcək. Onunla 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. Davide Nikolanın son iş yeri "Kalyari" və 52 yaşlı məşqçi ötən ay vəzifəsini tərk edib.

Qeyd edək ki, "Kremoneze" son mövsümdə B Seriyasını 4-cü pillədə başa vurub. Komanda pley-offda qələbə qazanaraq, A Seriyasına yüksəlib.

İdman.biz

Chosen
27
idman.biz

1Sources