EN

Trampdan Putinə böyük jest: GÖZLƏNİLMİRDİ

ABŞ Tramp administrasiyası Rusiyanın iri banklarına qarşı sanksiyaları müvəqqəti dayandırdı

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyanın əsas maliyyə institutlarına qarşı tətbiq edilmiş sanksiyaları 19 dekabr 2025-ci il tarixinədək müvəqqəti olaraq ləğv edib. Musavat.com xəbər verir ki, bu qərar xüsusilə mülki nüvə əməkdaşlığı sahəsində məhdud əməliyyatlara icazə verilməsi ilə əlaqədardır.

Dayandırılan sanksiyalar aşağıdakı iri qurumlara şamil olunur:

✅ Rusiya Mərkəzi Bankı
✅ Sberbank, Qazprombank, VEB, VTB
✅ Alfa-Bank, Otkritie, Rosbank, Sovcombank
✅ Zenit, Bank Sankt-Peterburq, NCC

Analitiklər bu addımı Vaşinqtonun Moskva ilə müəyyən sahələrdə əməkdaşlığı davam etdirmək niyyəti kimi qiymətləndirirlər.

Ukrayna təhlilçiləri isə bu addımı birbaşa Trampın Putinə hədiyyəsi kimi qiymətləndirirlər.

 

Musavat.com

Chosen
32
50
musavat.com

10Sources