Ukraynada işlək yaşda olan əhali sayı 2021-ci illə müqayisədə 40% azalıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Sosial Siyasət Nazirliyinə istinadən UINIAN agentliyi məlumat yayıb.
“İşlək yaşda olan əhali sayının 2021-ci illə müqayisədə 40% azalması demoqrafik vəziyyətin əmək bazarına ciddi təsir göstərdiyini göstərir”, – hesabatda deyilir.
Mənbənin məlumatına görə, işəgötürənlərin 74%-i kadr çatışmazlığı ilə üzləşir və şirkətlərdə orta hesabla heyətin təxminən 15%-i boşdur.