EN

Borclu əmlakın açıq bazarda satılması üçün yeni qaydalar müəyyənləşir

BAKI, 2 iyul. TELEQRAF

İcra sənədində satılmalı əmlak müəyyən edildikdə borclu bildiriş ona rəsmi qaydada verildikdən, o cümlədən "Elektron icra" informasiya sistemi vasitəsilə onun (borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin) adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərildikdən sonra 7 iş günü müddətində əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə biləcək.

Teleqraf xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş "İcra haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, belə müraciət daxil olduğu gündən 1 iş günü müddətində icra məmuru bu barədə qərar qəbul edərək əmlakın açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edir. Borclu əmlakı onun icra sənədində qiymətləndiricinin və ya hesabatında göstərilən dəyərinin yalnız 80 faizindən az olmayan qiymətə sata biləcək.

Əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olduqda qəbul edilmiş qərar "Elektron icra" informasiya sistemindən "Elektron notariat" informasiya sisteminə göndərilir. Belə əmlak 2 ay müddətində açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürüləcək. Notarius vasitəsilə rəsmiləşdirilməyən əməliyyatları birbaşa alqı-satqı icra məmurunun nəzarəti altında təşkil olunur və həmin əməliyyatlar üzrə ödənişlər bilavasitə icra xidmətinin depozit hesabına köçürülür.

Əmlak 2 ay müddətində açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra ediləcək.

Chosen
58
11
teleqraf.com

10Sources