EN

Kurtlar Vadisi ilə tanınmışdı: Serialın ən qəddar obrazlarından Kibritçi Cevat vəfat etdi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Kurtlar Vadisi" serialında "Cevat Akarsu" obrazını canlandıran məşhur aktyor Şekip Taşpınar vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə aktyorun meneceri Temmuz Karikutal özünün sosial media hesabından bəyan edib.

"Menecerliyini etdiyim dəyərli aktyor Şekip Taşpınarı bu səhər saatlarında itirməyin dərin hüznünü yaşayıram. Birlikdə çox şey paylaşdıq. Məkanın cənnət olsun…" - deyə o paylaşımında yazıb.

Qeyd edək ki, Taşpınar 2023-cü ildə alkoqol zəhərlənməsi səbəbi ilə uzun müddət müalicə almışdı.

Menajerliğini yaptığım ve çok şey paylaştığım değerli oyuncu Şekip Taşpınar'ı bu sabah saatlerinde maalesef kaybettik. Mekanın cennet olsun #şekiptaşpınar ♾️ pic.twitter.com/9aWPKFJxD0

— Temmuz Karikutal (@TemmuzK) July 2, 2025

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
50
oxu.az

10Sources