ain.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda baş tutacaq “Sabah” (Azərbaycan) – “Sele” (Sloveniya) qarşılaşmasına bilet satışı davam edir.
Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun İdmanxeber.az saytına verdiyi məlumata görə, matça 2000 bilet satılıb. Hazırda da satışların davam etdiyi bildirilib.
“Sabah” – “Sele” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.