EN

Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Reper Pi Diddi məhkəmə prosesində insan alveri və reket sui-qəsd əməlləri iddialarına görə ittihamlardan bəraət alıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, fahişəlik məqsədilə yığıncaqlar təşkil etməkdə təqsirli bilinib.

Hakim daha az ittihamla mühakimə olunduqdan sonra Diddinin girov müqabilində azad edilib-edilməməsi məsələsini müzakirə etmək üçün məhkəməni təxirə salıb.

Xatırladaq ki, reper bir çox dünya ulduzlarını seks əyləncələrinə dəvət edərək uyğunsuz halda videoya çəkib onları şantaj etməkdə, azyaşlılarla cinsi əlaqədə olmaqda  və narkotik vasitələrə alışdırmaqda ittiham edilir.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
azxeber.com

1Sources